Xəbəri Kokpitdə Oxuyun!

T.Volff McLaren-in taktikasını anlamır

Mercedes komandasının rəhbəri Toto Volff bildirib ki, o, McLaren-in Montsadakı taktikasını anlamır.

Montsada baş verən hadisə Formula 1-də müzakirələrə səbəb olub. Pit-stopdakı uğursuzluqdan sonra Lando Norris komanda yoldaşı Oskar Piastrinin arxasına düşmüşdü, lakin McLaren komandasının əmri ilə mövqelər dəyişdirildi.

Mercedes komandasının rəhbəri Toto Volff bu qərarı şərh edərək maraqlı müzakirələr qaldırıb: “Düz və ya səhv olduğunu demək istəmirəm, amma maraqlıdır, bu işin sonu hara gedəcək? Onlar maraqlı bir tendensiya yaratdılar və bu gələcəkdə yenidən təkrarlana bilər.

Əgər komanda başqa bir səhv etsə, amma bu dəfə pit-stop-da olmasa? Yenidən mövqeləri dəyişəcəklər? Bu, harada dayanacaq? Digər tərəfdən isə, komandanın səhvinə görə sürücünü – komanda yoldaşı ilə çempionluq mübarizə aparan pilotu – xaldan məhrum etmək də ədalətli deyil.

Düşünürəm ki, bu qərarın düzgün olub-olmadığına cavabı mövsümün sonunda, titul uğrunda mübarizə daha da gərginləşəndə görəcəyik”.

Qeyd edək ki, hazırda çempionatın lideri Oskar Piastridir və o, çempionluq uğrunda mübarizədə komanda yoldaşı Lando Norrisi 31 xal qabaqlayır.

Rauf Hacıyev

Şərh əlavə et