Xəbəri Kokpitdə Oxuyun!

Pirelli testləri başa çatıb

İtaliyanın Montsa trasında keçirilən Pirelli tesrləri başa çatıb.

Montsada keçirilən Pirelli-nin 2026-cı il təkər testlərinin ikinci günündə hava proqnozu özünü doğruldub – səhər yağan yağış səbəbindən sürücülər yalnız günün yarısında işləyə biliblər. Buna baxmayaraq, italyan istehsalçısı əsas işləri əvvəlki gün gördüyündən testlər plan üzrə başa çatıb.

Yağışlı səhər

İkinci gün trasda yalnız Williams-dan Karlos Sayns və Racing Bulls-dan Ayzek Hacar olublar. Onlar səhər saatlarında keçid tərkibi ilə işləyiblər  və tras quruyanda optimal keçid anını müəyyən etdilər. Daha sonra sürücülər quru hava üçün nəzərdə tutulmuş slik tərkiblərini sınaqdan keçiriblər.

Nəticələr:

  • Carlos Sainz (Williams) – 57 dövrə, ən yaxşı nəticə 1:22.108
  • Ayzek Hadjar (Racing Bulls) – 56 dövrə, ən yaxşı nəticə 1:23.825

Növbəti testlər

Pirelli mühəndisləri iki gün ərzində kifayət qədər məlumat toplayaraq, 2026-cı ilin təkərlərinin optimallaşdırılması üçün baza əldə ediblər. Testlər davam edəcək:

  • Sentyabrın sonunda Mucelloda – daha sərt tərkiblər
  • Meksika Qran Prisindən sonra – daha yumşaq tərkiblər

Rauf Hacıyev

Şərh əlavə et