İtaliya Qran Prisi günlərində Alpine rəsmi olaraq Pyer Gasli ilə müqaviləni 2028-ci ilin sonuna qədər uzatdığını açıqlayıb. Lakin gələn mövsümdə onun komanda yoldaşının kim olacağı hələlik məlum deyil.
Komandanın icraçı direktoru və baş məsləhətçisi Flavio Briatore vəziyyətə aydınlıq gətirib: “Biz hələ qərar verməmişik, Pyerin komanda yoldaşı kim olacaq. Məncə, hazırda Franko Kolapinto yaxşı iş görür. Əvvəldə təcrübəsi çatmırdı, amma bu, bir çox gənc pilot üçün normaldır. Son 3-4 yarışda o, daha sabit çıxış edir və səhvlərə yol vermir. Ola bilsin ki, Franko komandada qalsın.
Qərarı vermək üçün hələ 4-5 yarışımız var. Noyabrda son seçim edilməlidir”.
Qeyd edək ki, Alpine komandası mövzümə Cek Duhən başlamış, lakin mövsümün yeddinci yarışından etibarən onu Franko Kolapinto ilə əvəzləmişdi. Qaslinin komanda yoldaşı olmağa digər namizəd isə Paul Arondur.
Şərh əlavə et