Xəbəri Kokpitdə Oxuyun!

M.Ben Sulayem prezidentliyə namizəd olub

Muhammed ben Sulayem ilin sonunda keçiriləcək FİA-nın prezident seçkilərinə namizəd olub.

FIA prezidenti Muhammed ben Sulayem 2025-ci il 12 dekabrda keçiriləcək seçkilərdə rəsmi şəkildə iştirak üçün namizədliyini irəli sürüb. Bununla da o, artıq namizədliyini açıqlamış Tim Mayerdən sonra ikinci namizəd oldu.

Öz seçki kampaniyasını ben Sulayem “Çox iş görülüb, amma əsas olan qarşıdadır” şüarı altında aparır. Onun komandasına bir sıra yüksək vəzifəli FIA rəsmiləri daxildir:

  • Karmelo Sans de Barros – FIA Senatının rəhbəri,
  • Tim Şerman – mobillik üzrə vitse-prezident,
  • Malkolm Vilson – Avtosport üzrə vitse-prezident,
  • Fabiana Ekklstoun – Cənubi Amerika regionu üzrə vitse-prezident.

🔹 Əgər ben Sulayem qalib gəlsə, 2029-cu ilin sonuna qədər FIA prezidenti vəzifəsini davam etdirəcək. Qaydalara əsasən, bir şəxs ardıcıl olaraq üç dəfədən çox bu vəzifəyə seçilə bilməz.

Rauf Hacıyev

Şərh əlavə et