Xəbəri Kokpitdə Oxuyun!

F1 Apple TV-də yayımlana bilər

Şayiələrə görə Apple ABŞ-da Formula 1-in yayım hüquqlarını əldə etmək üçün ildə 120–150 milyon dollar təklif edib. Bu rəqəm hazırda ESPN-in ödədiyi 85 milyon dollardan xeyli çoxdur.

Məsələ barədə Liberty Media rəhbərlərindən biri, baş icraçı direktor Derek Çanq “Goldman Sachs” konfransında danışıb. O, Apple-ın adını çəkməsə də, sual məhz bu mövzuda olub:

Derek Çanq: “Müzakirələrdə kifayət qədər irəliləmişik və gedişatdan razıyıq. Bizim üçün vacib olan bizi gücləndirəcək, öz müştəri bazası ilə qarşılıqlı əlaqə qurmağı bacaran tərəfdaş tapmaqdır. Ümid edirəm, tezliklə açıqlayacaq xəbərimiz olacaq”.

Bu danışıqlar göstərir ki, Liberty Media Formula 1-in yayımını tədricən ənənəvi televiziya kanallarından rəqəmsal yayımçı platformalarına keçirməyə hazırlaşır. Bu addım tamaşaçılar üçün daha çevik giriş imkanı və müxtəlif formatlarda izləmə üstünlüyü təmin edə bilər.

Rauf Hacıyev

Şərh əlavə et