Kokpit.az xatlrladır ki, Maks Ferstappen İtaliyada pouldan başladığı yarışı rahatlıqla qazanaraq, azarkeşlərini sevindirib.
Helmut Marko: “Cəmi iki yarış əvvəl – Macarıstanda biz sadəcə xal qazansaq sevinirdik, bu gün isə iyirmi saniyə fərqlə qalib gəldik. İlk döngə istisna olmaqla, Maks vəziyyəti tam nəzarətdə saxladı. Yeganə narahatlığımız təhlükəsizlik maşınının çıxma ehtimalı idi, buna görə pit-stopu bir az gecikdirdik.
Maksın iyirmi saniyəlik fərqlə qalib gəlməsini şərh etmək çətindir. Bu, sadəcə Maksdır və biz parlaq şəkildə mübarizəyə qayıtmışıq.
Keçən ili xatırlayanda düşünürəm ki, Montsa bizim üçün ən uğursuz yarış olmuşdu. İndi isə fərqli mənzərədir. Mən inanıram ki, sürətli traslar bizə uyğundur, xüsusən də Bakıda yaxşı şanslarımız olacaq.
Maks heç vaxt Sinqapurda qalib gəlməyib, amma hesab edirəm ki, biz əksər traslarda ön sıralarda mübarizə apara biləcəyik”.
Şərh əlavə et