Xəbəri Kokpitdə Oxuyun!

Berman və Antonelli də cəza balları alıblar

İtaliya Qran Prisində baş verən insidentlərdən sonra stüardlar bir neçə sürücünü cəzalandırıblar.

Kokpit.az xatırladır ki, İtaliya yarışında Esteban Okon, Oliver Berman və Kimi Antonelli rəqibləri ilə mübarizə apararkən, limitləri aşıblar. Daha əvvəl Esteban Okona bir cəza balı verildiyi barədə məlumat vermişdik.

Digər sürücülər isə bu cəzaları alıblar.

Oliver Berman (Haas F1)
• 4-cü döngədə Karlos Sayns ilə mövqe mübarizəsi zamanı hər iki pilotun fırlanması ilə nəticələnən insidentə səbəb olub.
• Qərar: 10 saniyəlik cəza + 2 cərimə balı.
• Bununla da Bermanın hesabında artıq 10 cərimə balı var. Əgər 1 dekabradək daha 2 bal toplasa, bir yarış buraxmalı olacaq.

Kimi Antonelli (Mercedes)
• Aleks Elbonu trasdan kənara sıxışdırdığına görə əvvəlcə 5 saniyəlik cəza almışdı.
• İndi isə onun passivinə əlavə olaraq 1 cərimə balı yazılıb.
• Beləliklə, gənc italyan pilotun hesabında artıq 5 cərimə balı var.

Rauf Hacıyev

Şərh əlavə et