Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin çətin keçən yarışdan sonra məyusdur

Aston Martin komandası iki yarışdan sonra İtaliya yarışında xal qazana bilməyib.

Kokpit.az xatırladır ki, Britaniya komandası İtaliya Qran Prisində uğursuz nəticə ilə yadda qalıb. Ləns Stroll yarışı sonuncu – 18-ci yerdə bitirib, Fernando Alonso isə asılqan nasazlığı səbəbindən finişə çata bilməyib.

Ləns Stroll: “Montsada yarış həmişə bizim üçün çətin olub. İlk pitə gec getmək strategiyası bizə bir neçə mövqe qazanmağa imkan verdi, amma pit-stopda yaranan problemlər nəticəni korladı və mən yalnız 18-ci yerdə finiş gördüm.
Biz təhlükəsizlik maşınına ümid edirdik, bu, bizə xal qazandırmağa kömək edə bilərdi, amma bu baş vermədi. Bu yarışı təhlil edəcəyik və Bakıya hazırlaşacağıq”.

Fernando Alonso: “Mən yaxşı start götürdüm, pit-stopda komanda əla işlədi və mən xal uğrunda mübarizə aparırdım. Amma asılqan nasazlığı səbəbindən yarışı dayandırmalı oldum.

Həmin anda elə əvvəlki dövrlərdə olduğu kimi kerbləri eyni qaydada keçirdim, sadəcə bəxtimiz gətirmədi. Çox təəssüf ki, çempionatda mühüm xallar itirdik, halbuki bu həftəsonu bizim üçün pis başlamamışdı. Son vaxtlar daha rəqabətədavamlı olmuşuq, görək mövsümün sonluğu necə alınacaq”.

Rauf Hacıyev

Şərh əlavə et