Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Montsadakı sıralanma turunda 10-cu olsa da, Lyuis Həmiltonun startda 5 yer itirməsnə görə yarışa doqquzuncu yerdən başlayacaq.
Yuki Tsunoda nəticəsini müsbət qiymətləndirib: “Sıralanma turunda son sessiyaya yüksəlmək istədiyim nəticə idi. Yarışdan yarışa inkişafımızdan razıyam, bu da ötən həftə Zandfortda xal qazanmağımıza səbəb oldu. Təəssüf ki, son sessiyada trasa ilk mən çıxdım, Montsada isə hava kisəsi (slipstream) çox vacibdir.
Komandanı və Maksı poula görə təbrik edirəm. Belə nəticəyə çatmaq asan deyildi, amma boksda necə birgə işlədiyimizi hiss etdim. Fikrimcə, sabit nəticələr göstərirəm.
Spadan sonra maşınımda yeniliklər tətbiq edildi və inkişaf edirik, amma balans üzərində hələ işləməliyik. Bugünkü yarış asan olmayacaq, çünki tempimiz yüksək deyildi, amma özümü inamlı hiss edirəm”.
Şərh əlavə et