Xəbəri Kokpitdə Oxuyun!

Okon cəza balı alıb

Haas komandasının sürücüsü Esteban Okon İtaliya yarışında etdiyi qayda pozuntusuna görə cəzalanıb.

İtaliya Qran Prisində Haas sürücüsü Esteban Ocon Ləns Stroll-u trasdan kənara sıxışdırdığına görə 5 saniyəlik cərimə alıb.

Lakin stüardların ürəyi bununla soyumayıb və onlar fransalı pilutun lisenziyasına bir cəza balı da yazıblar. Bu, Ocon-un son 12 ayda aldığı ilk cəza balıdır.

Qeyd edək ki, bir sürücü 12 ay ərzində 12 cəza balına çatdıqda ona bir yarışlıq uzaqlaşdırılma cəzası verilir.

Rauf Hacıyev

Şərh əlavə et