Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Çətin oldu

Oskar Piastri İtaliya Qran Prisini üçüncü yerdə başa vurub və komanda yoldaşı ilə çempionatdakı fərq 3 xal əriyib.

Kokpit.az xatırladır ki, komanda Lando Norrisi pit-stopda ləngitdiyi üçün britaniyalı sürücü üçüncü yerdə trasa qayıdıb. Lakin Oskardan ona yerini geri qaytarmağı xahiş ediblər və o da komanda yoldaşını irəli buraxıb.

Oskar Piastri: “Yarışın başlanğıcı çətin oldu. Yəqin ki, ən yaxşı ilk dövrələrimdən biri deyildi. Mənim tempim Şarl Leklerlə müqayisədə yaxşı idi, amma onu ötməli oldum və sonra yarışın böyük hissəsini təkbaşına keçirdim.

Yarışın ilk yarısında problemlərim vardı – maşın istədiyim kimi davranmırdı. Təkərlər yeyilməyə başlayandan sonra vəziyyət bir az yaxşılaşdı, amma bu, heç vaxt yaxşı əlamət deyil. Bu qədər xal qazana bildiyimə şadam.

Lando ilə mövqe dəyişikliyinə gəldikdə isə, yarışın sonunda kiçik insident idi, amma hər şey qaydasındadır!”

Elçin Zodorov

Şərh əlavə et