Xəbəri Kokpitdə Oxuyun!

M.İzola İtaliya yarışındakı mümkün strategiyadan danışıb

Pirelli Motorsport-un rəhbəri Mario İzola bugünkü İtaliya yarışındakı strategiyalardan danışıb.

Pirelli şirkətinin nümayəndəsi Mario İzola bildirib ki, İtaliya yarışında pit stopların sayının az olacağı gözlənilir, lakin şirkət daha çox pit strategiyalarını görmək istəyir.

Mario İzola: “Yenə də sıx mübarizəli təsnifat gördük: birinci sessiyada 20 sürücü cəmi 0,8 saniyəyə sığışdı, ikinci sessiyada isə ilk onluq 0.3 saniyəlik fərqlə ayrıldı. Finalda isə Maks Ferstappen möhtəşəm istedadını bir daha göstərdi və ən sürətli dövrə ilə tarixi nəticə qazandı.

Təsnifatda ən sürətli təkərlər Soft oldu, amma Medium seçənlər, məsələn, Mercedes sürücüləri də rəqabətədavamlı görünürdülər. Corc Rassell birinci sessiyada C4 tərkibi ilə ən yaxşı nəticəni göstərdi, çünki bu tərkib sürət baxımından bir az zəif olsa da, pilotlara daha çox inam verir.

C5 çox sürətlidir, amma onları maksimum nəticəyə çıxarmaq çətindir. İki dövrəlik hazırlıqdan sonra və ya ikinci cəhddə onlar stabilləşərək hücum üçün rahatlıq təmin edirlər.

Aydın görünür ki, bizi bir pit-stoplu yarış gözləyir. Əsas məsafəni Medium və Hard tərkiblərlə sürmək daha məntiqli olacaq. Soft isə yalnız startda uzun müddət dözə bilən sürücülər üçün və ya yarışın sonunda təhlükəsizlik maşını trasda olarsa, həlledici rol oynaya bilər”.

Rauf Hacıyev

Şərh əlavə et