Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Red Bull-la mübarizə üçün sürətimiz yox idi

İtaliya Qran Prisində Lando Norris ikinci yerdə finişə çatıb və fərdi hesabda Oskar Piastri ilə fərqi 3 xal azaldıb.

Pit-stop zamanı McLaren mexanikləri Landonun maşınında sol ön təkərin dəyişdirilməsində ləngiyiblər və buna görə də o, bütün yarışı qabaqladığı komanda yoldaşının arxasında trasa qayıdıb. Komandanın xahişi ilə Piastri ikinci yeri Norrisə geri verib.

Lando Norris: “Mən bilirdim ki, Maksla yaxşı mübarizə aparmaq lazım olacaq və startda da belə oldu. Mənə xoş gəldi, amma bu gün bizdə Maks və Red Bull-la döyüşəcək sürət yox idi.

Yarış çətin alındı. Bizim üçün sürətimizin kifayət etmədiyi həftəsonlarından biri idi. Amma yarış yenə də əyləncəli oldu, buna görə də xoşuma gəldi. Pit-stopda nə baş verdiyini bilmirəm. Hisslərimə güvənsəm, çox uzun çəkdi. Komanda bəzən səhvlərə yol verir və bu gün elə o günlərdən biri idi.

Mən əlimdən gələnin hamısını etdim – daha yaxşı sürə biləcəyimi düşünmürəm. Fersetappenlə mübarizə aparmağa çalışdım, amma o, öndə qaldı. İkinci yer bu gün bizim üçün mümkün olan ən yaxşı nəticədir və mən mübarizəni davam etdirəcəyəm.”

Elçin Zodorov

Şərh əlavə et