Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Əlimdən gələni edəcəm

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, son yarışlarda göstərdiyi inkişafa görə çox məmnundur və özünə olan inamı artıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Montsadakı sıralanma turunda beşinci olub və komanda yoldaşı Şarl Leklerə sadəcə 0.1 saniyə uduzub. Lakin yeddiqat Dünya Çempionu bu nəticəyə sevinə bilməyib, çünki Zandfortda sarı bayraqlara riayət etmədiyi üçün yarışın startında 5 yer itirəcək və yarışa onuncu yerdən başlayacaq.

Lyuis Həmilton: “Son vaxtlar gördüyümüz irəliləyişdən çox razıyam, xüsusilə də mənim tərəfimdə. Keçən həftə daha inamlı idik, bu həftə isə daha da yaxşı görünürük – komanda yoldaşımla fərq cəmi 0.1 saniyədir. İrəliləyiş göz qabağındadır, amma hələ də işləməliyik.

Ferrari sürücüsü kimi Montsada çıxış etmək inanılmaz hissdir. Bunu sözlərlə təsvir etmək çətindir! Azarkeşlər möhtəşəmdirlər və artıq Milandakı tədbirdən bəri onların enerjisini hiss edirik. Trasda hər tərəfdə qırmızı rəngli tribunalar arasında dövrə vurmaq unudulmazdır.

Yarışda nəticə necə olacaq, bilmirəm, amma əlimdən gələni edib yuxarılara qalxmağa çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et