Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Soft təkərlərdə çətindir

Williams komandası Montsadakı sıralanma turunda son sessiyaya çıxa bilməyib. Komandanın rəhbəri Ceyms Vaulz bildirib ki, hələ də şansları var və əsas məqsəd bazar günü xal qazanmaqdır.

Kokpit.az xatırladır ki, Williams komandasının sürücüləri Karlos Sayns və Aleks Elbon Montsadakı yarışa müvafiq olaraq, 13-cü və 14-cü yerlərdən başlayacaqlar.

Ceyms Vaulz, komanda rəhbəri: “İdmanımızın yaxşı vəziyyətdə olduğunu görmək xoşdur. Təsnifatın ikinci hissəsində 15 maşını cəmi 0.4 saniyə ayırırdı. Birinci hissədə təkərləri yaxşı işlədə bildik, amma sonradan çətinliklər yarandı. Buna baxmayaraq, sürətimiz finala çıxmağa imkan verirdi.

İndi əsas yarış qabaqdadır. Bizim itirəcək heç nəyimiz yoxdur. Cümə günü gördük ki, maşının yarış tempi yaxşıdır. İndi onu maksimum istifadə edib xal toplamağa çalışmalıyıq”.

Karlos Sayns: “Təsnifatın çətin keçəcəyini bilirdik. Bütün mövsüm ərzində Soft təkərlərdə sürətli dövrə vurmaqda çətinlik çəkirik – onların iş pəncərəsi çox dar olduğu üçün hər dövrə əvvəlkindən fərqli alınır. Amma yarış tempimizə inanıram. Əlimdən gələni edəcəyəm ki, xal qazanaq. Gəlin yarışaq!”

Aleks Elbon: “Yenə eyni problem. Təkərləri necə işlətmək lazımdır? Bu həftəsonu hər şeyi sınadıq. Maşın əslində yaxşıdır, bu da sərbəst yürüşlərdə görünürdü, çünki orada daha çox dövrə ataraq təkərləri isitmək və ya soyutmaq olur. Amma təsnifatda, nəticənin həqiqətən önəmli olduğu vaxtda, problemlər yaranır.

Karlos birinci sessiyada komandanın əslində hansı mövqelərə iddialı olduğunu göstərdi. Kağız üzərində Montsa ötmək asan görünür, amma əslində belə deyil. Bu gün yenə DRS qatarını görəcəyik. Start mövqeyimiz istədiyimiz kimi deyil, amma görək nəyə nail ola bilirik”.

Rauf Hacıyev

Şərh əlavə et