Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Son vaxtlardakı ən yaxşı nəticəmdir

Mercedes-in gənc sürücüsü Kimi Antonelli İtaliya Qran Prisinin sıralanma turunda 7-ci olub və nəticədən razı qalıb.

Kokpit.az xatırladır ki, italyan sürücü ikinci sərbəst yürüşlərdə çınqıllı zonaya düşüb və buna görə vaxt itirmişdi. Buna baxmayaraq, o, doğma publika önündə özündə güc tapıb və bugünkü yarışa yeddinci yerdən başlayacaq.

Kimi Antonelli: “Son vaxtlar təsnifatda belə nəticə almamışdım. İkinci sərbəst yürüşlərdə qəza edib vaxt itirdiyim üçün bu fərqi kompensasiya etməli oldum və ilk onluqda yer almaq yaxşı nəticədir. Günün ümumi gedişatından razıyıq, amma daha yaxşısını da edə bilərdik.

Son cəhdimdə ideal dövrə qura bilmədim, əslində bir az daha yuxarı mövqedən start ala bilərdim. Buna baxmayaraq, sessiyadan razıyam. Bu həftəsonu Ferrari sürət baxımından bizdən bir az öndədir, xüsusən də maksimal sürətdə. Burada ötmə çətindir, amma yaxşı yarış tempimiz var. Ümid edirəm ki, bazar günü bundan istifadə edib irəliləyə biləcəyik”.

Qeyd edək ki, Kimi Antonelli Formula 1-dəki ilk çıxışını keçən il məhz bu trasda etmişdi.

Rauf Hacıyev

Şərh əlavə et