Təqvim üzrə payız gəlsə də, Kral parkındakı həftəsonu isti və yağıntısız keçib. Cümə günü məşqlərdə Həmilton və Norris liderlik ediblər, şənbə səhəri Lando yenidən protokola başçılıq edib. Sıralanma turunu isə Ferstappen qazanıb.
Maks Montsada yeni mütləq dövrəvi rekordu və Formula 1 tarixində ən sürətli dövrəni müəyyən edib – orta sürəti 264,68 km/saat olub. Reqlament dəyişəndən sonra sürətlər düşəcək, buna görə də bu rekord hələ uzun müddət qalacaq.
Start düzümünün ilk cərgəsindən yarışa Ferstappen və Norris başlayıblar, ikinci cərgədən Piastri və Lekler, üçüncü cərgədən isə Rassell və Antonelli start alıblar. Həmilton ötən yarışdakı qayda pozuntusuna görə startda beş yer itirib. Hacar və Qasli güc qurğusunu dəyişdiyi üçün pit-leyndən start götürüblər.
Təkər istehsalçıları mərhələyə ən yumşaq tərkibləri gətiriblər: C3 Hard, C4 Medium, C5 isə Soft rolunda olub. Yarışda Elbon, Okon, Stroll, Hacar və Qasli sərt, Louson yumşaq, qalanları isə orta təkərləri başlanğıc üçün seçiblər.
Start prosedurunu məşq edərkən hər iki Aston Martin pilotu yarış direktorunun göstərişini pozub – stüardlar bu insidenti finişdən sonra araşdıracaqlar. İsinmə dövrəsinin sonunda Hülkenberqə bildirilib ki, hidravlika sistemində təzyiq itkisinə görə o, boksa dönməlidir və yarışı dayandırmalıdır.
Startda Norris Ferstappeni hücum edib, amma Maks trasın kənarına çıxaraq mövqeyini qoruyub. Lekler Piastrini qabaqlayıb, amma Oskar yerini geri alıb. Alonsonun və Həmiltonun hərəsi iki mövqe qazanıb, Antonelli isə dörd mövqe itirib.
2-ci dövrədə Lekler yenidən Piastrini ötsə də, Ferstappen komandanın xahişi ilə birinci döngədə Norrisi qabağa buraxıb, mövqeyini geri qaytarıb. 2-ci dövrədə ilk onluq: Norris – Ferstappen – Lekler – Piastri – Rassell – Bortoletto – Alonso – Həmilton – Tsunoda – Antonelli.
3-cü dövrədə Ferstappen Norrisi keçərək yarışa yenidən başçılıq edib. Piastri Lekleri ötməyə çalışıb, amma Şarl onu trasdan kənara sıxışdırıb. 4-cü dövrədə Həmilton Alonsoya hücum edib və yeddinci yer uğrunda mübarizədə onu qabaqlayıb.
6-cı dövrədə Həmilton Bortoletoyu qabaqlayaraq altıncı yerə yüksəlib. Piastri isə üçüncülük uğrunda mübarizədə Lekleri ötüb. Okon Stroll ilə mübarizədə rəqibini trasdan çıxardığı üçün beş saniyəlik cəza alıb.
Liderlər bir-birindən aralanıblar. Rassell Leklerlə fərqi azaltmağa və hücum məsafəsinə çıxmağa çalışsa da, geri qalıb. Bortoletto arxasında DRS qatarında səkkiz maşın toplayıb. Vəziyyət sabitləşib.
18-ci dövrədə Antonelli Tsunodanı keçərək doqquzuncu yerə yüksəlib. 19-cu dövrədə Berman təkər dəyişib, 20-ci dövrədə isə Tsunoda pit-stop edib. 21-ci dövrədə Berman 18-ci yer uğrunda mübarizədə Tsunodanı qabaqlayıb. 21-ci dövrədə Bortoletto və Alonso pit-stop ediblər – Aston Martin mexanikləri daha yaxşı işləyiblər və Fernando Qabrieli qabaqlayıb.
24-cü dövrədə Alonso poribrikin üzərindən keçərkən asılqanı zədələyib, boksa yavaş sürətlə qayıdaraq yarışı dayandırıb. 28-ci dövrədə Rassell, 29-cu dövrədə Antonelli təkər dəyişib. Sayns trasda geri qayıdarkən yarış direktorunun göstərişini pozduğu üçün rəsmi xəbərdarlıq alıb.
Antonelli və Qasliyə dəfələrlə tras hüdudlarını pozduqları üçün ağ-qara bayraq göstərilib. 31-ci dövrədə Sayns, 33-cü dövrədə Hacar, 34-cü dövrədə Lekler və Kolapinto, 38-ci dövrədə Ferstappen, 39-cu dövrədə isə Həmilton pit-stop ediblər.
40-cı dövrədə Antonelli Qaslini qabaqlayaraq onuncu yerə yüksəlib. 41-ci dövrədə Sayns və Berman toqquşublar – hər iki maşın yerində fırlanıb, amma yollarına davam ediblər. Oliver bu qəzaya görə 10 saniyəlik cəza alıb. Bortoletto Qaslini keçərək 11-ci olub.
Həmilton Strollu və Okonu qabaqlayıb. 42-ci dövrədə Elbon pit-stop edib. 46-cı dövrədə Piastri, 47-ci dövrədə isə Norris təkər dəyişib – onda sol ön təkərin bərkidilməsində problem yaşanıb və o, trasa Oskardan arxada qayıdıb.
McLaren Piastridən Norrisi buraxmağı xahiş edib ki, boksdakı gecikmə kompensasiya olunsun, sonra isə onlara mübarizə aparmağa icazə verilib. 49-cu dövrədə Piastri komandanın xahişini yerinə yetirib.
50-ci dövrədə Stroll və Qasli təkərləri dəyişiblər. 50-ci dövrədə ilk onluq: Ferstappen – Norris – Piastri – Lekler – Rassell – Həmilton – Okon – Elbon – Antonelli – Bortoletto.
52-ci dövrədə Okon təkər dəyişib və cəzasını yerinə yetirib. Antonelli “intizamsız pilotaj”a görə beş saniyəlik cəza alıb və mövqeyini itirib.
Maks Ferstappen mövsümdə 3-cü, karyerasında isə 66-cı qələbəsini əldə edib. Lando Norris yarışı ikinci, Oskar Piastri isə üçüncü yerdə başa vurub. Lando Norrisin 1:20.901-lik nəticəsi Montsada yarışlardakı ən yaxşı dövrəvi nəticə olub – yarışın sonlarında əvvəlcə Maks, sonra isə o Barikellonun 21 illik rekordunu yeniləyiblər.
Bu yarış Formula 1 tarixində tam məsafəsi qət edilən yarışlar arasında ən sürətlisi olub.
Təqvimin Avropa hissəsi başa çatıb. İrəlidə səkkiz səfər mərhələsi var, birincisi iki həftədən sonra doğma Bakı küçələrində keçiriləcək.
Şərh əlavə et