Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Anlaşmazlıq oldu

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, İtaliya Qran Prisinin sıralanma turunda komandası ilə anlaşmazlıq yaşayıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü İtaliya Qran Prisinin təsnifat mərhəlsəində 6-cı olub. O bildirib ki, final sessiyasında trasa Medium təkərlərlə çıxmaq istəyirmiş, amma komanda ilə anlaşılmazlıq yaşanıb.

Corc Rassell: “Birinci sessiyada Medium təkərlərdə hamıdan sürətli idik. İkinci sessiyadan sonra komandaya dedim ki, finalda da Medium istifadə etmək istəyirəm, çünki özümü onlarda daha rahat hiss edirdim. Bu mövsüm bir neçə dəfə Medium bəzi maşınlarda Soft-dan daha sürətli olub. Mən demirəm ki, Medium ilə mütləq daha yaxşı nəticə alardım, amma sınamamağımız məni bir az əsəbiləşdirdi.

Biz bir-birimizi düzgün başa düşmədik. Mən birinci sessiyadan sonra Medium istədiyimi dedim, ikinci sessiyadan sonra da təkrar etdim. “Plana sadiq qalacağıq?” – deyə soruşanda, onlar “hə” cavabı verdilər. Mən elə bildim, plan Medium idi, onlar isə Soft düşünürmüş. Yəni hər iki tərəfdən anlaşılmazlıq oldu.

Yarış tempimiz yəqin ki, Ferrari-dən yaxşı olacaq, amma onların düzlük sürəti çox yüksəkdir. Buna görə də Lekleri startda keçməliyik, yoxsa uzun bir yarış boyu onun arxasında qalacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et