Kokpit.az xatırladır ki, monakolu sürücü Montsadakı cümə sərbəst yürüşlərinin ən stabil pilotu olub. Belə ki, o, beşinci günün hər iki sessiyasında da ikinci yeri tutub. O, birinci sərbəst yürüşlərdə komanda yoldaşı Lyuis Həmiltona, ikinci sərbəst yürüşlərdə isə McLaren-dən Lando Norrisə uduzub.
Şarl Lekler: “Maşınımız cümə günü trasda nə az yanacaqla, nə də dolu çənlə sabit davrandı. Amma buna baxmayaraq sürətlidir və bu, əksinə olsaydı, daha pis olardı.
Şənbə günü sıralanma tempinin üzərində işləməliyik ki, SF-25-dən maksimumu sıxıb çıxaraq, həm də sabitliyi artırmaq lazımdır. Gözləyirəm ki, bu trasda ötən il olduğu kimi sıralanma turunda çox kəskin mübarizə gedəcək. Amma indiyə qədər heç nə pis getmir və düşünürəm ki, sabah yaxşı nəticə uğrunda mübarizə apara biləcəyik”.
Şərh əlavə et