Onun komanda yoldaşı Yuki Tsunoda isə 9-cu olub və yarış tempinin hələ də təkmilləşdirilməli olduğunu bildirib.
Maks Ferstappen: “Ümumiyyətlə, məşq kifayət qədər faydalı keçdi. Ötən il Montsada həftəsonu bizim üçün çox çətin idi, amma bu dəfə daha rəqabətədavamlı göründük və maşından razıyam.
Ancaq məşqlər bir qədər qarışıq alındı, çünki sürücülər tez-tez trasdan çıxırdılar və çınqıllar yolun üzərinə tökülürdü. Buna baxmayaraq, cümə bizim üçün xeyli məhsuldar oldu.
Düşünürəm ki, əgər sıralanma turunda trasda bu qədər çınqıl yığılsa, sessiyanı dayandırmalı olacaqlar. Açığı, çınqılın üzərində sürmək quru təkəri ilə yağışda sürmək kimidir. Hətta bir dəfə az qalmışdım trasdan çıxım”.
Yuki Tsunoda (9-cu yer): “İkinci məşq kifayət qədər müsbət alındı, xüsusilə də vahid dövrədəki tempimiz çox yaxşı idi. Hətta Soft təkərlərdə maşının bu qədər asfaltla ilişməyə malik olacağını gözləmirdim. Əgər sıx trafik olmasaydı, çox yaxşı nəticə göstərə bilərdim.
Amma yarış tempinə gəlincə, burada hələ də sürət çatışmır. İndi əsas məqsəd vahid dövrə ilə yarış tempi arasında balans tapmaqdır. Daha çox yarış tempinə diqqət ayırmalıyıq”.
Şərh əlavə et