Kokpit.az xatırladir ki, avstraliyalı sürücü sabahkı İtaliya yarışına üçüncü yerdən başlayacaq.
Oskar Piastri: “Xüsusi çətinlik olmadı, sadəcə ilk döngə bir az zəif alındı. Amma dövrənin qalan hissəsini, məncə, təmiz sürdüm.
Sessiya ümumilikdə yaxşı keçdi, yavaş-yavaş sürətimi artırdım və tempimi tapdım. Amma düşünürəm ki, bu həftəsonu nəticələr inanılmaz dərəcədə sıxdır. Görünür, Maks və Red Bull çox sürətlidirlər, amma açığı, digər komandalar da güclüdür. Buna görə də, özümüzü tam rahat hiss etdiyimizi deyə bilmərəm.
Nəticə sürpriz olmadı, əlbəttə, daha yüksək yerlərdə olmaq istəyərdik”.
Şərh əlavə et