Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Montsadakı cümə sərbəst yürüşlərində dördüncü olub. Lakin o, ikinci sessiyada başqa insidentlə yadda qalıb. Belə ki, Kimi Antonellinin qəzasına görə sessiya qırmızı bayraqlarla dayanıb. Oskar Piastri isə qırmızı bayraq zamanı pit yoluna stüardların razılığı gəlməmiş çıxıb. Buna görə də ona xəbərdarlıq verilib.
Cəzadan əvvəl müsahibə verən Oskar Piastri bunları deyib: “Stüardlarla danışmalı olacam, amma düşünürəm ki, sadəcə vəziyyəti düzgün qiymətləndirmədik. Xronometraj sistemində çıxan məlumat bizi çaşdırdı və biz pit yoluna tez çıxdıq. Amma bununla bağlı narahat deyiləm, yəqin ki, xəbərdarlıq və ya buna bənzər nəsə ilə kifayətlənəcək. Cərimə alsam, təəccüblənəcəm.
Sərbəst yürüşlər zamanı oturacağım çox qızırdı, amma bu qeyri-adi hal deyil, sadəcə istədiyimdən bir az daha isti idi. Birinci sessiyanı buraxdığımı nəzərə alsaq, gün pis keçmədi və ikinci sessiyada bunu kompensə etməyə çalışdım.
Maşın yaxşı təsir bağışladı, düzdür, Soft təkərlərdə optimal sazlamaları tam tapa bilməmişdik. Amma eyni dəstdəki ikinci dövrəmdə kifayət qədər yaxşı nəticə göstərdim. Ümumilikdə, əhvalım yaxşıdır və şənbə bir az da sürətlənmək lazımdır.
Güc balansına gəlincə, bu bir qədər təəccüblüdür, çünki Williams sürücüləri hər iki sessiyada çox inamlı təsir bağışladılar. Bu gün fə bu səviyyədə qalacaqlarmı? Görəcəyik, amma düşünürəm ki, bu həftəsonu nəticələr çox sıx olacaq”.
Şərh əlavə et