Cümə günü asfaltayatma qüvvəsini itirmiş maşınlarda pilotlar tez-tez əyləcləri bloklayıb ki, bu da trasdan çıxmalara və qəzalar gətirib çıxarıb. Üçüncü məşqdə komandalar maşınlardan maksimum nəticə almağa çalışıblar ki, təsnifata yaxşı formada çıxsınlar.
Sessiyanın əvvəlində pilotlar sabahkı yarışda əsas rol oynayacaq daha sərt Hard və Medium təkərlərlə trasda olublar, sonra isə Soft-a keçiblər. Asfalt işlənmiş rezinlə örtülüb, yol tutuşu yaxşılaşıb, pilotlar uyğunlaşıb – səhvlər və trasdan çıxmalar azalıb.
Həmilton birinci döngəni, Sayns və Berman ikinci döngəni kəsiblər. Lekler Parabolikada maşına nəzarəti az qala itirəcəkdi, amma onu trasda saxlaya bilib. Hacar trasdan çıxdıqdan sonra geri qayıdarkən yarış direktorunun göstərişini pozub – sessiyadan sonra stüardlar bu insidenti araşdıracaqlar.
Ferrari-də slipstream üzərində sınaqlar aparılıb – Lekler sürətli dövrədən əvvəl Həmiltonu “arxasınca dartıb”, Lyuis ilk sektorda ən yaxşı vaxt göstərib, amma sonra rəqiblər daha sürətli dövrələr vurublar.
Protokola Lando Norris başçılıq edib – 1:19.331. Ondan cəmi 0.021 saniyə geri qalan isə Ferrari-də Şarl Lekler olub – deməli, sıralanma turunda mübarizə çox gərgin olacaq!
Şərh əlavə et