Mark Markes, Kuartararoya qarşı ikincilik uğrunda hücum etməyə çalışsa da, o, mövqeyini əldən verməyib. İkili mübarizə apararkən bir-birlərinə toxunublar. Bu toqquşmadan sonra Pedro Akosta ikinci yerə yüksəlib, Mark Markes və Kuartararo isə geriyə düşüblər.
Lakin bu çox çəkməyib və onlar yenidən 2-ci və 3-cü yerləri geri qaytarıblar. Bu dəfə isə önə keçən Mark Markes olub.
Sprintin ortasında Xorxe Martin və Franko Morbidelli qəzaya uğrayaraq, yarışı vaxtından əvvəl başa vurublar.
Bundan bir neçə saniyə sonra 5-ci döngədə Fermin Aldequer və Marko Bezzekki toqquşublar.
Qəzalar ard-arda davam edib və 5 dövrə qalmış sprintin lideri olan Aleks Markes 10-cu döngədə yıxılıb. Bu hadisədən sonra qardaşı Mark Markes liderliyə yüksəlib.
12 dövrəlik yarışda Mark Markes qələbə qazanıb, onu Fabio Kvartararo izləyib. Üçüncü yeri isə Fabio Di Cannantonio tutub.
Pedro Akosta dördüncü, Enea Bastianini isə beşinci olub. Altıncı və yeddinci yerlərdə müvafiq olaraq Bred Binder və Yohann Zarko qərarlaşıblar.
İlk onluğu Luka Marini, Ay Oqura və Miqel Oliveyra tamamlayıblar.
Şərh əlavə et