Kokpit.az xatırladır ki, dördqat Dünya Çempionu bu möhtəşəm dövrəni son cəhdində vuraraq, mövsümdə beşinci poulunu qazanıb.
Sıralanma turundan sonra Maks Ferstappen bildirib ki, sessiyadan əvvəl komanda maşının sazlanmalarında dəyişiklik edib: “Bu trasda aşağı aerodinamik yüklənmə olduğu üçün dövrəni ideal keçmək çətindir, çünki əyləclənmə zamanı səhv etmək ehtimalı yüksəkdir.
Final sessiyası mənim üçün yaxşı keçdi. Dövrələrimdən razıyam və poul əldə etmək fantastik nəticədir! Maşın bütün həftəsonu sürətli idi və mənim üçün poul uğrunda mübarizə aparmaq böyük sevinc oldu.
Sıralanma turuna qədər sürət çatışmırdı, amma sazlanmalarda etdiyimiz dəyişikliklər mənə daha çox hücum etməyə imkan verdi. Bu, çox gözəl idi.
Bu mövsüm bir tendensiya var: yarışlarda bizə daha çətin olur, nəinki sıralanma turunda. Amma biz komanda ilə var gücümüzü ortaya qoyacağıq. Əlimizdən gələni edəcəyik və sonra görəcəyik”.
Şərh əlavə et