Kokpit.az xatırladır ki, Lando Norris son cəhdində liderliyə yüksəlsə də, ondan sonra finiş xəttini keçən Maks Ferstappen daha yaxşı nəticə göstərib.
Britaniyalı sürücü bildirib ki, dördqat dünya çempionunun sürəti onun üçün təəccüblü deyil.
Lando Norris: “Həftəsonu ərzində Maks çox sürətli idi və bu, onun üçün adi haldır. Mənim üçün sessiya çox gərgin keçdi – vəziyyət gah yaxşılaşırdı, gah da pisləşirdi. Bəzi anlarda səhvlərim çox oldu.
Son cəhdimdə hər şeyi birləşdirə bildim və ikinci nəticə göstərdiyim üçün sevincliyəm. Adətən nəticələrimi həmin gün necə sürdüyümə görə qiymətləndirirəm. Bu gün öz işimi ideal görmədim, amma ümumi nəticədən razıyam. Həm müsbət, həm də mənfi anlar oldu.
İkinci yerdən başlamaq pis deyil, amma əlbəttə, hər kəs kimi mən də birinci olmaq istərdim. Sabah ikinci yerdən start alacam və artıq yarışı səbirsizliklə gözləyirəm. Adətən bazar günü tempimiz güclü olur, amma Maksı keçmək heç də asan olmayacaq.
Möcüzə gözləmirəm. Üstəlik, Ferrari arxamızda başlayır və onların da irəliləmək istədiklərinə şübhə yoxdur”.
Şərh əlavə et