Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Hələ vaxtımız var

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onlar hər şeyi təhlil edərək, sıralanma turuna qədər daha güclü olacaqlar.

Kokpit.az xatırldır ki, britaniyalı sürücü Montsadakı birinci sərbəst yürüşlərdə hamıdan sürətli olub. Lakin yeddiqat Dünya Çempionu tempini ikinci sessiyaya daşıya bilməyib və beşinci yerlər kifayətlənib.

Lyuis Həmilton: “Montsada tifozilərlə dolu tribunaların qarşısında işləmək tamamilə xüsusi bir təcrübədir. Burada həm əsl ehtirası, həm də güclü enerjini hiss edirsən.

Birinci sessiyada maşın olduqca yaxşı təsir bağışladı və məşqi ən sürətli nəticə ilə başa vuranda bu, məni ümidləndirdi. Sessiyalar arasında sazlamalara bir sıra dəyişikliklər etdik və indi hər şeyi diqqətlə təhlil etmək lazımdır, çünki bunun bizi doğru istiqamətə aparıb-aparmadığına əmin deyiləm.

Amma sıralanma turuna qədər hər şeyi düzəltmək üçün vaxtımız var. Görünür, tempimiz pis deyil və üç müxtəlif tərkibli təkərlərin davranışı barədə dəyərli məlumat toplaya bildik. İndi əsas məsələ sürəti necə artıracağımızı anlamaqdır.

Əminəm ki, komanda çox işləyərək, irəliləyiş əldə edəcək və biz sabahkı sıralanma turuna hazırlaşmağı davam etdirəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et