Xəbəri Kokpitdə Oxuyun!

Kataloniyada son sessiyanı Xoan Mir götürüb

MotoGP üzrə Kataloniya Qran Prisinin ikinci sərbəst yürüş sessiyasında ən sürətli pilot Honda HRC Castrol komandasının üzvü Xoan Mir olub. İspaniyalı sürücü 1:39.119-luq göstərici ilə protokolun zirvəsinə yüksəlib.

Onun cəmi 0.022 saniyə gerisində Gresini Ducati pilotu Aleks Markes ikinci yeri tutub. İlk üçlüyü isə Yamaha komandasının fransalı sürücüsü Fabio Kuartararo tamamlayıb. O, 1:39.237-lik nəticə ilə liderdən 0.096 saniyə geri qalıb.

Maverik Vinyales dördüncü, Pedro Akosta isə beşinci yerdə qərarlaşıb. Gresini Ducati sürücüsü Fermin Aldequer altıncı olub, Fabio Di Canantonio isə yeddinci nəticəni göstərib. Çempionatda lider olan Mark Markes isə səkkizinci sırada yer alıb.

Rauf Hacıyev

Şərh əlavə et