Xəbəri Kokpitdə Oxuyun!

Kataloniyada poulu Aleks Markes qazanıb

MotoGP üzrə Kataloniya Qran Prisinin sıralama turunda Aleks Markes poul qazanıb.

Sıralama sessiyası günəşli hava şəraitində start götürüb. Birinci sessiyanın sonunda ən sürətli nəticəni 1:37.906 ilə Fabio Kuartararo göstərib, onun ardınca isə Fabio Di Cannantonio ikinci olub.

İkinci sessiya başlayan kimi sürücülər dərhal trasda görünüblər. İlk cəhdlərin ardından Aleks Markes 1:37.914-lük nəticə ilə liderliyə yüksəlib. Son cəhdində isə ispaniyalı pilot dövrəsini yaxşılaşdırıb 1:37.536 və  poulu rəsmiləşdirib.

Fabio Kuartararo 0.267 saniyə fərqlə ikinci, Aleks Markesin qardaşı Mark Markes isə 0.4 saniyə geri qalaraq, üçüncü yerdə qərarlaşıb. Franko Morbidelli dördüncü, Pedro Akosta beşinci, Fabio Di Cannantonio isə altıncı nəticəni göstərib.

Rauf Hacıyev

Şərh əlavə et