Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Tempimiz var

İtaliya Qran Prisinin cümə sərbəst yürüşlərindən sonra danışan Karlos Sayns bildirib ki, Williams-ın performansından razı qalıb.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Montsada keçirilən cümə sərst yürüşlərini üçüncü yerdə bağlayıb.

Sessiyadan sonra Karlos Sayns bildirib ki, gün ərzində temp yaxşı olub və dövrəvi nəticələri ümidverici görünüb. Amma maşına tam öyrəşmədiyini də vurğulayıb: “Cümə günü dövrəvi nəticələrimiz yaxşı idi. Səhərdən etibarən maşın balanslı idi və bu bizə yaxşı nəticələr verdi. Amma özümü tam rahat hiss etmirəm. Xüsusən də 11-ci və 7-ci döngələrdə çətinlik çəkdim”.

Ferrari-dən sonra fərqli maşına uyğunlaşdığını deyən ispan pilot əlavə edib:  “Williams fərqli hiss etdirir. Güclü tərəfləri var, amma çətinlikləri də az deyil. Hər dövrədə maşını daha yaxşı tanımağa çalışıram”.

Ümumilikdə isə Karlos Sayns optimist danışıb: “Sürətimiz yaxşıdır. Mənim üçün əsas məsələ Soft təkərlərlə ilk dövrədən etibarən rahat olmaqdır. Bəzi döngələrdə hələ zəifəm, amma ümumilikdə tempimiz güclüdür”.

Williams komandasının digər sürücüsü Aleks Elbon isə sessiyadan sonra bunları deyib: “Gün asan olmadı, amma sonda kifayət qədər dolğun proqramı yerinə yetirə bildik. Maşın sürətlidir, Yarış tempində yaxşı idik. İndi  bu tempi həftəsonunun sonuna qədər qorumalıyıq.

Zəif tərəflərimiz var. İlk dövrə və təkərləri işçi temperaturuna çıxarmaq hələ də problem olaraq qalır. Biz bunun üzərində işləyirik. Bu həftəsonu çoxlu xal qazanmaq üçün yaxşı imkanımız var. Montsada adətən orta qrup komandalar arasında lider olmuşuq, ümid edirəm ki, bunu yenidən təkrarlaya biləcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et