Racing Bulls komandasının sürücüsü dördüncü döngədə trasdan kənara çıxıb və dərhal geri qayıdıb. Bununla da o, yarış direktoru tərəfindən verilən göstərişləri pozub. Qaydaya görə, Hacar trasdan çıxdıqdan sonra yalnız beşinci döngədən sonrakı xüsusi yol ilə qayıtmalı idi.
Bu qayda pozuntusuna görə Ayzek Hacar sadəcə xəbərdarlıq alıb. Stüardlar sürücünü və komandanı xəbərdar ediblər ki, həftəsonu ərzində oxşar hal təkrarlansa, daha ciddi cəza veriləcək.
Şərh əlavə et