Xəbəri Kokpitdə Oxuyun!

FİA F1-də böyük dəyişiklik üçün yeni tarix təklif edib

Son vaxtlar F1-in mühərrik qaydalarının gələcəyi müzakirə mövzusu olub.

Kokpit.az RacingNews365-in məlumatına istinadən bildirir ki, federasiya növbəti mühərrik qaydalarının tətbiqini 2026-dan sonrakı dövr üçün nəzərdə tutulan dəyişikliklərdən daha sonraya – 2031-ci ilə qədər təxirə salmağı təklif edəcək.

2025-ci il boyunca F1-in gələcək mühərrik qaydalarının necə olacağı barədə müzakirələr aparılıb, istehsalçılar, F1 və idarəetmə orqanı arasında Bəhreyndə görüş keçirilib. Orada sonuncu dəfə 2005-ci ildə istifadə olunmuş V10 mühərriklərinə qayıtmaq təklifi qəti şəkildə rədd edilib.

Növbəti üstünlük verilən seçim isə hibrid komponentlərlə V8 mühərrikləri olub və FİA prezidenti Məhəmməd Ben Sulayem bunun 2029-cu ildə baş verməsini istədiyini bildirib.

Amma 2026-dan cəmi üç il sonra, 2029-cu il üçün yeni mühərrik qaydaları barədə bütün tərəflərin razılığına nail olmaq mümkün olmayıb, çünki istehsalçılar yeni qaydalara çox böyük vəsait yatırıb.

Nəticədə, 2029 variantı gündəmdən çıxıb və RacingNews365-in məlumatına görə, federasiya indi diqqəti 2031-ci ilə yönəldib – bu da 2026-cı ildəki yeniliklərin təbii sonluğu ilə üst-üstə düşür.

Bundan əlavə, sentyabrın sonlarına planlaşdırılan görüşün təxirə salınacağı, istehsalçılara, federasiyaya və F1-ə lazımi müzakirələrə hazırlaşmaq üçün daha çox vaxt veriləcəyi də başa düşülüb.

Elçin Zodorov

Şərh əlavə et