Qayda pozuntusu ondan ibarət idi ki, qırmızı bayraqlardan sonra sessiya yenidən başlayana qədər Piastri pit yoluna vaxtından əvvəl – yəni, yarış direktorunun pit yolunun açılış vaxtını elan etməsindən öncə çıxıb.
Stüardların açıqlamasına görə, insident yarış və ya sıralanma turunda deyil, sadəcə sərbəst yürüşdə baş verdiyi üçün sürücü heç bir idman üstünlüyü əldə etməyib. Buna görə də Piastri yalnız xəbərdarlıqla kifayətlənib.
Şərh əlavə et