Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Təmkinli olmalıyam

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, bundan sonra təmkinli olacaq.

Niderland mərhələsinə qədər avstraliyalının üstünlüyü cəmi 9 xal idi, indi isə fərq 34 xala yüksəlib. İkili sürət baxımından demək olar bərabərdir və eyni maşınla çıxış etdikləri üçün bu fərqi bağlamaq Norris üçün asan olmayacaq.

Oskar Piastri: “Belə halları görmək xoş deyil, amma bu da avtoidmanın bir hissəsidir. Xüsusi söhbətimiz olmayıb, çünki nə desəm də, onun vəziyyətini dəyişməyəcək.

Mənim yanaşmam dəyişmir. İllərdir istifadə etdiyim yanaşma indiyədək yaxşı işləyib və dəyişiklik etməyə səbəb görmürəm. Üstünlüyüm artıb, amma arxayınlaşmaq olmaz.

İndi əsas işim mühəndislərlə birlikdə maşından maksimum dərəcədə faydalanmaqdır. Hər halda, mən həmişə maksimumda işləyirəm və ən yaxşı sazlamaları tapmağa çalışıram. Çempionata liderlik etməyim maşını yavaş etməyəcək.

Risk məsələsinə gəlincə – mənim üçün heç nə dəyişməyib. Əksinə, üstünlüyü daha da artırmaq istəyirəm, çünki mövsümün sonuna hələ çox yarış var. Daha çox xal fərqi daha yaxşıdır.

Mənim karyeramın əsas xüsusiyyətlərindən biri nəticələrin sabitliyidir. Ümid edirəm ki, bu tendensiya davam edəcək. Əlbəttə, bu, bolidin etibarlılığından da çox asılıdır. Amma mən riskə balanslı yanaşmağa çalışıram – lazım olanda diqqətli davranmaq vacibdir, çünki bu, əlavə problemlərin qarşısını alır.

Üstəlik, ən sürətli maşına sahib olanda, ilk sıralardan start götürəndə və ətrafında çox rəqib olmayanda bu işləri asanlaşdırır”.

Rauf Hacıyev

Şərh əlavə et