Xəbəri Kokpitdə Oxuyun!

Liberty Media Formula 1-i satmağı istisna etmir

Liberty Media-nın icraçı direktoru Con Meloun bildirib ki, əgər təklif səhmdarlar üçün kifayət qədər maraqlı görünsə, Formula 1-in satılması istisna deyil.

Kokpit.az xatırladır ki, 2017-ci ildə Liberty Media Formula 1-i keçmiş kommersiya hüquqları sahiblərindən 8 milyard dollara alıb. Bu illər ərzində şirkət dünya çempionatının qlobal inkişafına töhfə verib, Formula 1-in səhmlərini birjaya çıxarıb və indi onun dəyəri xeyli artıb. Amma Opening Bid Unfiltered podkastında Meloun xatırladıb ki, biznes aləmində hər şey satılır və alınır…

Con Meloun: “Bu, açıq şirkətdir. Əgər kimsə onu almaq istəsə və direktorlar şurasının səhmdarlara təklif edə biləcəyindən daha çox ödəməyə hazır olsa, biz onu satacağıq.

Hazırda səhmdarlar razıdır. Formula 1 sabit artım nümayiş etdirir, böyük pul axını yaradır – onun çox güclü iqtisadi strukturu var, bu güclü brenddir və dövrün ruhuna uyğun inkişaf etdirilməli, onun cəlbediciliyi daha da artırılmalıdır.”

Xatırladaq ki, amerikalı şirkət həm də Moto GP-nin kommersiya hüquqlarına sahibdir.

Elçin Zodorov

Şərh əlavə et