Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Cəza ağır idi

Ferrari komandasının pilotu Lyuis Həmilton Niderlan Qran Prisindən sonra aldığı startda beş yer cəzası barədə danışıb və qərarı “çox sərt” adlandırıb.

Təcrübəli sürücü Zandfortdakı yarışdan əvvəl keçirilən qızdırma dövrələrində ikiqat sarı bayraqlara riayət etməyərək, yavaşlamayıb və buna cərimələnib. FİA Həmiltona yalnız startda beş yer itirmək yox, həm də lisenziyasına cərimə balı yazıb.

Lyuis Həmilton qərarı sonradan öyrəndiyini bildirib: “Evimə çatdım və cəzanı gördüm, həqiqətən çox təəccübləndim. Hesabata baxsanız, əslində yavaşlamışam, sadəcə onların istədiyi qədər deyilmiş. Buna görə beş yer geriyə düşmək və üstəlik cəza balı almaq məncə, olduqca sərt idi”.

Buna baxmayaraq, Həmilton geriyə baxmaq istəmədiyini vurğulayıb: “Bundan dərs çıxardım. Şikayət etməyə dəyməz, indi yalnız irəliyə baxıram”.

Montsada Ferrari ilə ilk yarışına çıxacaq olan yeddiqat çempion, cəzanın işini çətinləşdirəcəyini qəbul edib: “Onsuz da sıralanmalarda son sessiyaya düşmək və ilk beşliyə girmək çox ciddi mübarizə tələb edir. Buna beş yer geriləmə əlavə olunanda işim daha da çətinləşir. Amma bu mənə mübarizə aparmaq üçün daha çox motivasiya verir. Nə olursa olsun o yerləri geri qazanmaq üçün çox həvəsliyəm”.

Rauf Hacıyev

Şərh əlavə et