Formula 2-də mövsümün ilk on mərhələsindən sonra Invicta Racing komandasının italiyalı sürücüsü Leonardo Fornaroli çempionatda liderdir. O, Montsada azarkeşlərinin qarşısında parlaq nəticə göstərmək istəyirdi. Lakin təsnifat mərhələsi həm Fornaroli, həm də onun əsas rəqibi Riçard Versxora uğursuzluq gətirib.
Sessiyanı ilk başlayanlardan biri McLaren akademiyasının üzvü, Rodin Motorsport-un sürücüsü Aleks Dann olub. Ardınca digər sürücülər də trasda özlərini sınayıblar. İlk normal nəticəni DAMS-dan Kuş Maini göstərib, lakin hiss olunurdu ki, bu, sadəcə başlanğıcdır. Fornaroli yaxşı ikinci sektorla göstərsə də, cəhdini yalnız beşinci yerdə tamamlayıb. Elə həmin anlarda trasda əvvəlcə sarı, sonra isə qırmızı bayraqlar yellənib – Qabrielle Mininin maşınında yanğın baş verib, daha sonra isə Kin Şildsin bolidi dayanıb və sürücü sessiyanı vaxtından əvvəl tərk edib.
Qısa fasilədən sonra sessiya bərpa olunub və Lyuk Brauninq 1:32.390-lıq nəticə ilə liderliyi ələ alıb. Lakin az sonra Fornarolinin maşını Parabolika döngəsində dayanıb və yenidən qırmızı bayraq göstəriliv. Maşının ötürmələr qutusu kilitləndiyi üçün onu yalnız kranla trasdan uzaqlaşdırmaq mümkün olub.
Vaxt qrafikinə görə Formula 1-in ikinci sərbəst yürüşünə qədər az müddət qalırdı, buna görə də təsnifatın davamı cəmi 7 dəqiqə ilə məhdudlaşdırıldı. Sürücülərin yalnız bir şansı vardı və səhvə yer yox idi.
Bu mərhələdə Campos komandasının sürücüsü Arvid Lindblad şikanı kəsərək səhv edib, lakin hadisələrin davamı məlum olmayıb, çünki sessiya yenidən və bu dəfə tamamilə dayandırılıb. Səbəb isə Riçard Verşorun Lesmo döngəsində qəza etməsi olub.
Nəticədə Hitech komandasının pilotu Lyuk Brauninq Formula 2 karyerasındakı ilk poulunu qazanıb.
- Bazar günü əsas yarışa Brauninq pouldan başlayacaq.
- Şənbə günü sprintdə isə poulda Trident-dən Sami Megetunif olacaq – fransalı sürücü təsnifatda 10-cu nəticə göstərib.
Bununla belə, sessiya çox qarışıq keçdiyi üçün stüardların kimin nəticəsini ləğv edib-etməyəcəyi hələ dəqiq deyil. Əksər sürücülər isə ümumiyyətlə normal nəticə göstərməyə macal tapmayıblar.
Şərh əlavə et