Xəbəri Kokpitdə Oxuyun!

Həmilton Ferrari-nin ev yarışına yaxşı başlayıb

Montsada məşqlər xüsusilə vacibdir. Təqvimdə yalnız burada maşınlar minimum asfaltayatma qüvvəsi və aşağı hava müqaviməti ilə çıxış edirlər – səbəb isə əfsanəvi Kral parkındakı trasın düzlüklərdə yüksək sürət tələb etməsidir.

Asfaltayatma qüvvəsinin bir hissəsini itirən maşınlar “əsəbi” davranır, pilotlara isə uyğunlaşmaq üçün vaxt lazımdır.

Birinci məşqdə iki komandada müvəqqəti dəyişikliklər olub – McLaren-də Aleks Dann çempionat lideri Oskar Piastrinin maşınını sürüb, Alpine-də isə Paul Aron Franko Kolapintonu əvəzləyib.

İlk dövrələrdə pilotlar daha sərt Hard və Medium təkərlərin yeyilməsini qiymətləndirib, tədricən sürəti artırıblar.

Xırda problemlər də olub. Norris, Lekler, Hülkenberq və Antonelli birinci döngəni kəsib, Louson, Həmilton və Alonsonun maşınları çınqıllığa çıxıb, Aron ikinci şikanda yerində fırlanıb – heç bir halda maşınlara zərər dəyməyib. Hadjar Ascari-də trasdan çıxıb və qraviyi təmizləmək üçün sessiya qırmızı bayraqlarla dayandırılıb.

Qırmızı bayraqlar altında Lekler ötmə etməmək üçün əyləcə sərt basıb, amma yenə də Sauber-i qabaqlayıb. Stüardlar onu cəzalandırmamağa qərar veriblər. Son dəqiqələrdə Rassellin maşını hidravlik problemlər səbəbindən ikinci şikananın qarşısındakı düzlükdə dayanıb. Yarış rəhbərliyi virtual təhlükəsizlik maşını rejimi elan edib və sessiya bu rejimdə başa çatıb.

Azarkeşlərin sevinib –  protokola Ferrari pilotları başçılıq edib, ən yaxşı vaxtı isə Lyuis Həmilton göstərib – 1:20.117.

Məşqlər bu gün davam edəcək.

Elçin Zodorov

Şərh əlavə et