Xəbəri Kokpitdə Oxuyun!

Türkiyə, Almaniya və Portuqaliya təqvimə qayıtmaq istəyir

Formula 1-in icraçı direktoru Stefano Domenikali Montsada bildirib ki, əvvəllər Formula 1 mərhələlərinə ev sahibliyi edən üç tras yenidən təqvimə qayıtmaq istəyir.

Stefano Domenikali: “Biz bir çox promouterlərlə yeni uzunmüddətli müqavilələr imzalamışıq, bu da investisiyaları planlaşdırmağa imkan verir.

Çoxlu yeni təkliflərimiz var. 2026-cı ildə Zandfort öz son Qran Prisini qəbul edəcək və biz əvəzləməni müzakirə edirik, o cümlədən növbəli şəkildə yarış qəbul edə biləcək mərhələləri nəzərdən keçiririk. Amma onların sayı az olacaq – bir və ya iki, çox deyil. Barselonada istəyirlər ki, onların mərhələsi başqa biri ilə növbələşsin.

Portuqaliyadan, Türkiyədən müraciətlər var, yaxınlarda isə Hokkenhaymdan da maraq göstərilib, çünki oranın sahibi dəyişib. Əsas məsələ odur ki, potensial ev sahibləri başa düşməlidirlər: təqvimdə boş yerlər çox azdır, buna görə də danışıqlar masasında oturanlara maliyyə dəstəyi lazımdır.

Vəziyyət bir neçə il əvvəlkindən fərqlənir – təkcə iştirak haqları baxımından yox, həm də tələb olunan investisiyalar nöqteyi-nəzərindən. Biz davamlı inkişaf üzərində fəal işləyirik – bütün təşkilatçılar 2030-cu ilə qədər karbon neytrallığı standartlarına cavab verməyə hazır olmalıdırlar.

450–500 min nəfər qəbul edən tədbirlər enerji, ümumi idarəetmə və digər sahələrdə problemlərlə üzləşəcəklər. Biz bu məsələlər üzərində ciddi işləyirik və təşkilatçılar da koordinasiyalı hərəkət etməlidirlər. Hazır olmayanlar mərhələ təşkil edə bilməyəcəklər”.

Elçin Zodorov

Şərh əlavə et