Kokpit.az xəbər verir ki, hal-hazırda ən köhnə motorhom Sauber komandasına məxsusdur – onu 2006-cı ildə baş tutan San-Marino Qran Prisində istifadə etməyə başlayıblar və Montsadakı növbəti mərhələ onun üçün sonuncudur. Gələn ildən Sauber yerini zavod komandası Audi-yə verəcək və onlar üçün artıq yeni motorhom inşa olunur.
Komandanın təcrübəli sürücüsü Niko Hülkenberq bu barədə danışıb: “Bu motorhom komandaya yaxşı xidmət edib. İyirmi illik yaşını nəzərə alsaq, çox yaxşı vəziyyətdədir. Çoxlu yarışlar, çoxlu hadisələr görüb. Onun neçə Qran Pridə olduğunu dəqiq bilmirəm, amma onunla vidalaşmaq həyəcanlı olacaq.”
Şərh əlavə et