Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton xüsusi dəbilqəsini təqdim edib

Ferrari komandasının sürücüsü Lyuis Həmilton İtaliya Qran Prisində xüsusi dəbilqə ilə yarışacaq.

Ferrari, ev yarışı olan İtaliya Qran Prisində xüsusi rəng çaları ilə çıxış edəcək. Bu dizayn avstriyalı əfsanə Niki Lauda və onun Scuderia Ferrari ilə qazandığı ilk çempionluğunun 50 illiyinə həsr olunub.

Lyuis Həmilton da əfsanəvi çempiona hörmətini göstərəcək. Britaniyalı sürücü Montsada xüsusi dəbilqə dizaynı ilə yarışacaq. Onun ənənəvi sarı rəngləri bu dəfə ağ detallar ilə tamamlanıb, detalların üzərində isə Niki Laudanın adı yer alıb.

Qeyd edək ki, Həmilton daha əvvəl də Laudanın adına həsr olunmuş dəbilqə taxıb. Bu, 2019-cu ildə Monako Qran Prisində baş vermişdi – Niki Laudanın vəfatından sonra keçirilən ilk yarışda. O vaxt Həmilton poul qazanmış və qalib gəlmişdi. Həmin qələbəsini də Laudadan yadigar xatirəyə həsr etmişdi.

Rauf Hacıyev

Şərh əlavə et