Xəbəri Kokpitdə Oxuyun!

Ferrari AON ilə tərəfdaşlığa başlayıb

Ferrari komandası bu il trasda qələbə üzünə həsrət qalsa da, tərəfdaş cəhətdən bəxti gətirir.

Risklər və insan resursları sahəsində ixtisaslaşan Aon plc şirkəti Ferrari komandasının rəsmi tərəfdaşı olub. Tərəflər çoxillik müqavilə imzalayıb və əməkdaşlıq bu həftə Montsada start götürəcək.

Ferrari-nin açıqlamasında bildirilib: “Aon ilə tərəfdaşlıq ortaq dəyərlərə əsaslanır – bu, ehtiras, mükəmməlliyə can atmaq, innovasiya, məqsədlərə çatmaq və komanda işidir. Bu əməkdaşlıq hər iki şirkətin beynəlxalq mövqelərini gücləndirəcək və trasda, eləcə də onun hüdudlarından kənarda yeni imkanlar açacaq.”

Rauf Hacıyev

Şərh əlavə et