Xəbəri Kokpitdə Oxuyun!

Bukmeykerlər Piastriyə daha çox inanır

Bukmeyker kontorları qarşıdan gələn İtaliya Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc ediblər.

Onlar Montsadakı yarışın favoriti kimi McLaren pilotu Oskar Piastrini görürlər. Onun komanda yoldaşı Lando Norrisin şansları bir qədər aşağı qiymətləndirilir. Reytinqdə üçüncü yerdə Maks Ferstappen qərarlaşır. Ferrari-nin iki pilotundan komanda üçün ev yarışı olan bu Qran Pridə qələbə şansı daha yüksək olan Şarl Leklerdir.

Oskar Piastri – 2.10
Lando Norris – 2.50
Maks Ferstappen – 8.00
Şarl Lekler – 13.00
Corc Rassell – 17.00
Lyuis Həmilton – 41.00 
Fernando Alonso, Kimi Antonelli, Ayzek Hacar – 101.00

Niderland Qran Prisindən sonra Oskar Piastrinin Lando Norrisin üzərində üstünlüyü 34 xala yüksəlib. Bukmekerlər mövsümün sonunda avstraliyalının titul qazanmasına getdikcə daha inamla mərc edirlər, lakin Lando Norrisi də tamamilə siyahıdan silmirlər. Digər pilotların tituluna qoyulan mərclər isə formal şəkildə qəbul olunur.

Oskar Piastri – 1.25
Lando Norris – 4.50
Maks Ferstappen – 81.00
Corc Rassell – 251.00
Şarl Lekler – 501.00
Lyuis Həmilton – 1001.00

Bukmeyker kontorları Mühəndislər Kuboku ilə bağlı mərcləri qəbul etməyi bir neçə yarışdır ki, dayandırıb…

Elçin Zodorov

Şərh əlavə et