Xəbəri Kokpitdə Oxuyun!

A.Hacar: Realist olmalıyıq

Racing Bulls komandasının sürücüsü Ayzek Hacar bildirib ki, onlar realist olmalıdırlar.

Fransalı gənc pilot Ayzek Hacər ötən həftəsonu ilk dəfə karyerasında podiuma yüksəlib. Bu uğur bütün Racing Bulls kollektivinə əlavə güc və motivasiya verib. Lakin Faentsa komandası başa düşür ki, Montsadakı ev yarışında eyni nəticəni təkrarlamaq asan olmayacaq.

Ayzek Hacər: “Ötən həftə göstərdiyimiz nəticədən sonra qısa müddət sonra yenidən trasda olmaq çox gözəldir. Montsa bizim üçün ev Qran Prilərindən biridir və xüsusi bir həftəsonu gözləyirik. Komandanın əhval-ruhiyyəsi yüksəkdir, amma gözləntilərimizi real saxlamağımız vacibdir. Montsada uzun düzlüklər çoxdur, bu isə işimizi çətinləşdirə bilər. Ona görə diqqətli olmalı, oyunda qalmalı və sona qədər mübarizə aparmalıyıq.”

Liam Louson: “Bu, mövsümdə ikinci ev yarışımız olacaq və mən buna çox sevinirəm. Ötən həftəsonu Ayzekin podiumu böyük uğur idi. Maşınımız son yarışlarda yaxşı sürət göstərib və mən bundan maksimum faydalanmaq istəyirəm. Montsada hamımız gənclər seriyalarında çıxış etmişik, onun tarixi çox zəngindir. Ora qayıtmağı səbirsizliklə gözləyirəm”.

Timm Qoss, baş mühəndis: “Italiyanın məşhur  Montsa trası 16-cı mərhələyə ev sahibliyi edəcək. Parkın içində yerləşən bu dövrə öz yüksək sürəti ilə tanınır. İllər ərzində bəzi döngələrdə sürəti azaltmaq üçün dəyişikliklər edilsə də, Montsa hələ də təqvimin ən sürətli traslarından biridir.

Burada əsas faktorlar maksimal sürət, güclü mühərrik və aerodinamik effektivlikdir. Amma eyni zamanda, maşının yavaş şikanlarda sabit davranması və sürücülərin kerbləri inamla keçməsi də çox vacibdir, çünki bu, düzlüklərə çıxışda həlledici rol oynayır.

Uğurun açarı – düzgün balansı tapmaqdır. Niderlandda maşın yaxşı performans göstərib və bu, bizə inam verir. Amma Montsada bizi tamamilə fərqli sınaqlar gözləyir. Biz onlara hazırıq və üç gün ərzində maksimum nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et