Xəbəri Kokpitdə Oxuyun!

Williams-ı New Era geyindirəcək

Williams Racing komandası yeni tərəfdaşlıq elan edib. Britaniya təmsilçisi ABŞ-ın məşhur papaq və geyim istehsalçısı New Era ilə uzunmüddətli müqavilə imzalayıb.

Yeni əməkdaşlıq çərçivəsində New Era şirkəti komanda üçün uniforma və aksesuarların dizaynı və istehsalı ilə məşğul olacaq, həmçinin məhsullar azarkeşlər üçün də satışa çıxarılacaq.

Williams-ın lisenziyalaşdırma və suvenir məhsulları üzrə direktoru Lük Timminz bu barədə bildirib: “Williams Racing artıq 50 ilə yaxındır ki, yarış ehtirası və cəsarətli innovasiyaları ilə tanınır. Komandamız hazırda yenidənqurma mərhələsindədir, qələbələr uğrunda mübarizə aparır və hər şeyi öz tərzimizlə etməklə qürur duyuruq. New Era ilə unikal əməkdaşlıq həm güclü, həm də üslublu addımdır. Bu, həm də yeni azarkeş kütləsini səyahətimizə – zirvəyə aparan yola – qoşulmağa cəlb edəcək”.

Williams həmçinin Puma şirkətinə təşəkkür edib. Puma 2024-cü ildən komandanın tərəfdaşı idi və mövsümün sonuna qədər Williams-a rəsmi dəstəyini davam etdirəcək.

Beləliklə, 2026-cı ildən etibarən  Williams komandasının New Era brendi geyindirəcək.

Rauf Hacıyev

Şərh əlavə et