Xəbəri Kokpitdə Oxuyun!

T.Volff: Montsada güclənməliyik

Mercedes komandasının rəhbəri Toto Volff İtaliya Qran Prisindən əvvəl hədəfləri açıqlayıb. O bildirib ki, komanda Monzada həm sabit çıxış etməli, həm də Ferrari ilə Konstruktorlar Kubokundakı xal fərqini azaltmağa çalışmalıdır.

Kokpit.az xatırladır ki, Mercedes komandası hazırda Mühəndislər Kubokunda ikinci yeri tutmaq üçün Ferrari ilə mübarizə aparır. Hazırda iki komanda arasındakı fərq 12 xaldır.

Toto Volff: “Montsaya Zandfortdakından daha sabit bir həftəsonu keçirmək əhval-ruhiyyəsi ilə gedirik və əlavə çətinliklərdən qaçmaq istəyirik. Bəzi məqamlarda sürətimiz kifayət qədər yaxşı görünürdü və bu, bizə podium uğrunda mübarizə aparmaq imkanı verirdi.

Kimi startda 11-ci olsa da, yaxşı irəliləmişdi. Əgər Şarl Leklerlə toqquşma olmasaydı, finişə yaxın önümüzdəki rəqiblərə hücum edə bilərdi.

Corcun da yarışı Ferrari ilə insidentdən təsirləndi. Buna baxmayaraq, zədələnmiş maşınla 4-cü yeri tutaraq xal qazandı.

Montsa həmişə xüsusi mərhələdir, gözəl atmosferdə keçirilir. Kimi üçün bu, mövsümdə ikinci ev yarışı olacaq və həyəcanlı olsa da, bilirik ki, tam fokuslanacaq. McLaren liderdir, amma onların arxasında vəziyyət çox sıxdır. Biz də ikinci yerdəki komanda ilə fərqi azaltmaq üçün maksimum dərəcədə güclənməliyik.”

Yəni, Mercedes-in əsas məqsədi – podium mübarizəsini davam etdirmək və Ferrari ilə xal fərqini minimuma endirmək olacaq.

Rauf Hacıyev

Şərh əlavə et