Xəbəri Kokpitdə Oxuyun!

Sauber Avropa yarışlarını yaxşı bitirmək istəyir

Sauber komandasının sürücüləri mövsümün son Avropa yarışında yenidən xal qazanmağı hədəfləyirlər.

Sauber komandası Zandfortdakı uğursuzluqdan sonra İtaliyada daha yaxşı nəticəyə ümid edir. Həm Niko Hülkenberq, hem də gənc sürücü Qabriel Bortoleto “Sürət Məbədi”ndə xallar uğrunda mübarizə aparmağı hədəfləyir.

Niko Hülkenberg: “Mövsümün ikinci yarısı istədiyimiz kimi başlamadı, amma bu artıq keçmişdə qaldı. İndi əsas məqsəd Montsada yaxşı nəticə göstərməkdir. Yay fasiləsindən öncə yaxşı formadaydıq və hədəfimiz bu həftəsonu həmin səviyyəyə qayıtmaqdır.

Montsa hər zaman xüsusi tras olub – tarixi, azarkeşləri, padokdakı ab-havası ilə. Üstəlik, bu Avropadakı son yarışdır, xarici mərhələlərdən öncə mövsümün bu hissəsini yaxşı nəticə ilə başa vurmaq xüsusilə vacibdir. Əminəm ki, toparlanacağıq, əvvəlki formamıza qayıdacağıq və xallar uğrunda mübarizə aparacağıq”.

Qabriel Bortoleto: “Keçən il Formula 2-də yarışarkən Montsada qazandığım qələbəni xatırlamaq xoşdur. Bir neçə il İtaliyada yaşamışam və buranı öz evim kimi hiss edirəm. Bu trasda xüsusi bir aura var – onun tarixi və enerjisi əlavə güc verir.

Zandfortdakı həftəsonu çətin keçdi, amma komandada əhval-ruhiyyə müsbət qalır. Mövsümün ilk yarısında hansı səviyyəyə çatmalı olduğumuzu gördük və indi həmin formaya qayıtmaq istəyirik.

Avropadakı son yarışda sükan arxasına keçməyi səbirsizliklə gözləyirəm və yaxşı nəticə üçün əlimdən gələni edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et