Kokpit.az xatırladır ki, amerikan komandası keçən həftəsonu Zandfortda yaxşı yarış keçirib və 9 xal qazanıb. İndi onların əsas məqsədi əfsanəvi Montsa yarışında da xal qazanıb, uğurlu seriyanı davam etdirməkdir.
Ayo Komatsu, komanda rəhbəri: “Zandfortdakı uğurlu yarışdan sonra Montsada daha bir ev yarışını səbirsizliklə gözləyirik. Montsa trası zəngin tarixə malik, inanılmaz azarkeşlərin toplandığı və hər zaman maraqlı yarışlara şahidlik edən unikal trasdır.
VF-25- aşağı asfaltayatma qüvvəsi (low-downforce) konfiqurasiyasında nəyə qadir olduğunu görmək maraqlı olacaq, xüsusilə də Maranellodakı mühəndis büromuzdan gələcək çoxsaylı əməkdaşlarımızın qarşısında”.
Oliver Berman: “Montsa sürətli trasdır və yeniliklərdən sonra asfaltla ilişmə yaxşıdır. Burada yarışlar həmişə həyəcanlı keçir. Mən İtaliyanı, onun mədəniyyətini və tifozilərin ehtirasını sevirəm. Bu, bizim Maranello bazamız üçün daha bir ev yarışı olacaq və mən komanda üzvlərimizi sevindirmək istəyirəm.
Montsa trasında uğurlu nəticələrim var – 2023 və 2024-cü illərdə Formula 2-də yarışarkən burada qələbələr qazanmışam. Buna görə də Montsa üçün gözləntilərim müsbətdir”.
Esteban Okon: “Montsa – əsl Sürət Məbədidir. Burada zəngin tarix, güclü atmosfer var. Biz maşını minimal yüklənmə qüvvəsinə uyğun tənzimləyəcəyik. Bu, Spa trasına bənzər şərait yaradacaq və orada yaxşı nəticə göstərmişdik, deməli, pozitiv olmaq üçün səbəb var. Montsada uğur qazanmaq üçün əyləclərə güvənmək və yüksək maksimal sürət əldə etmək lazımdır”.
Şərh əlavə et