Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Klianı itirir?

İtaliyanın Corriere dello Sport nəşrinin məlumatına görə, Ferrari-nin baş yarış mühəndisi Cok Klia komandadan ayrılıb.

Komanda bu barədə hələ rəsmi açıqlama verməyib, buna görə də onun vəzifələrini kim icra edəcəyi və 61 yaşlı britaniyalı mütəxəssisin gələcək planları hələlik məlum deyil.

Qəzetin yazdığına görə, Klia həm də Ferrari Akademiyasına cavabdeh idi və artıq bu istiqamət tam olaraq Mark Jeneyə həvalə olunub.

Cok Klia Ferrari-yə 2015-ci ildə qoşulmuşdu. Onun Formula 1 karyerası boyu zəngin təcrübəsi var – o, Benetton, Williams, Honda, Brawn GP və Mercedes komandalarında çalışıb. Karyerası ərzində Jak Vilnöv, Censon Batton, Mihael Şumaxer, Niko Rosberq və Lyuis Həmilton kimi Dünya Çempionları ilə əməkdaşlıq edib.

Ferrari-nin yaxın günlərdə bu məsələ ilə bağlı rəsmi açıqlama yayacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et