Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Zandfortu unutdurmalıyıq

Formula 1-in növbəti mərhələsi – İtaliya Qran Prisi – Ferrari üçün ənənəvi olaraq xüsusi yarış sayılır. Komanda rəhbəri Frederik Vassyör bildirib ki, Montsada məqsəd yalnız qələbə uğrunda mübarizə aparmaqdır.

Kokpit.az xatırladır ki, “qırmızılar” keçən həftəsonu satılan Niderland yarışında xalsız qalıb. İndi isə öz ev trasında yaxşı nəticə ilə bunu unutdurmaq istəyir.

Frederik Vassyör: “Hər il Montsada çıxış etməyi səbirsizliklə gözləyirik, xüsusilə də Zandfortdakı uğursuzluqdan sonra. Orada istədiyimiz nəticəni əldə edə bilmədik, amma yarış tempimiz yaxşı idi.

Tifozilərin dəstəyi komandaya inanılmaz motivasiya verir, biz də bunun müqabilində maksimum gücümüzlə çalışırıq. Uğur qazanmaq üçün emosiyaları kənara qoyub, cümə sərbəst yürüşlərindən bazar günü yarışın son dövrəsinə qədər bütün mərhələlərdə ideal işləməliyik.

Mövsüm ərzində daha rəqabətədavamlı olmuşuq, amma sıx mübarizə şəraitində yalnız səhvsiz işləməklə istədiyimiz nəticəyə çata bilərik. Bütün gücümüzü sərf edəcəyik və bilirik ki, azarkeşlərimizin sevgisi və dəstəyi həmişə yanımızdadır”.

Rauf Hacıyev

Şərh əlavə et